Prezidentin çağırışına birmənalı əməl olunmalıdır

Hər bir sahibkar ölkəmizdə iş qurmağı özünə borc bilməlidir


Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək onları Azərbaycana vəsait qoymağa səsləyib. Ölkə rəhbəri yerli investorları Azərbaycana pul qoymaqla bağlı istiqamətləndirdiyini deyib:

“Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”. 

Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən biznesmen, xaricdə yaşayan iş adamı Rəşad Məmmədov deyib ki, Azərbaycan hər bir azərbaycanlının Vətənidir. Sahibkar bildirib ki, Vətəni sevmək hər kəsin borcudur:

"Xaricdə yaşayan azərbaycanlılar cənab Prezidentin ətrafında sıx birləşməyə hər zaman hazırdır. Prezidentin iş adamlarına çağırışı onu göstərir ki, dövlət başçısı hər bir azərbaycanlının yanındadır. Əlbəttə, ölkə rəhbərinin çağırışına birmənalı əməl olunmalıdır. Hər bir sahibkar ölkəmizdə iş qurmağı özünə borc bilməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu