ABŞ-da dərmanlar dronların köməyilə çatdırılacaq

ABŞ-ın Bentonvill şəhəri pilotsuz uçuş aparatlarının köməyilə xəstələrə dərman və malların çatdırılmasına görə pilot meydançasına çevriləcək.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, bu, “Walmart” və “Zipline” şirkətlərinin birgə layihəsidir.
Bentonvill şəhəri layihə üçün təsadüfi seçim deyil. “Walmart” ticarət şəbəkəsinin qərargahı orada yerləşir. ABŞ-ın “Zipline” şirkətinin dronları Afrikada xəstəxanalara dondurulmuş plazma çatdırır. Ancaq sözügedən şirkətin fəaliyyəti ABŞ ərazisində qanunlarla məhdudlaşdırılıb. 2020-ci ildə Federal Mülki Aviasiya İdarəsi koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri bir qədər yumşaldıb.

Dərman preparartları sifariş verildikdən 1 saatdan az müddətə xüsusi dronlarla ünvana çatdırılacaq.

“Zipline” şirkətinin nümayəndələri bu layihənin ABŞ-da pilotsuz idarə olunan təyyarələrin kommersiyalaşdırılması istiqamətində vacib bir addım olacağını hesab edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu