Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmalar səkkiz faiz azalıb

Dövlət Gömrük Komitəsi xətti ilə 2020-ci ilin yanvar-avqust aylarında büdcəyə daxilolmaların həcmi 2 milyard 645,3 milyon manat təşkil edib. 

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azalıb. 

2020-ci ilin avqust ayı ərzində DGK xətti ilə büdcəyə daxilolmaların həcmi 285 milyon 263 min manat təşkil edib ki, bu da 8 ay ərzində ən aşağı nəticədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu