İlkin Əhmədovu duyğulandıran FOTO - “Nimdaş geyim, pulsuz – parasız günlər...”

Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədovun arxiv fotosu yayılıb. O  18 yaşında çəkdirdiyi şəkili İnstaqram səhifəsində paylaşıb. 
“Sherg.az” xəbər verir ki, fotodan təsirləndiyini söyləyən sənətçi bunları yazıb:

“Bu foto məni xeyli duyğulandırdı. Göz yaşımı saxlaya bilmədim. Düşünməyin ki, o nimdaş geyimə, parasız-pulsuz günləri yada saldığıma görə pis oldum! Əsla! 2002-ci ildir. Ən istəkli,əziz dostlarım Tural Salmanov və Çingiz İbişovla AMK-nın birinci kurs tələbələriyik.

Burada 18 yaşım var. Həyatın çox çətinliyin görmüşəm 18 yaşa qədər. Sadalamaqla bitməz.



Amma yenə də çox xoşbəxtəm. Atam sağ, anam sağlam,qardaş bacılarım qayğısız...Can atıram ki,  20 yaşım olsun. Hər gecə düşünürəm ki, nə vaxt 25, 30 yaşım olacaq görəsən.

Heç ağlıma gəlməzdi ki, külək kimi əsib keçən yaşı, bir vaxt ayılıb saxlamaq istəyərəm. Amma bacarmıram. Eh həyat, çox qəribəsən. Özün gözəl olaraq qalırsan.
Səninlə gelib keçənlər isə gah gözəl olur, gah da gül kimi solur. Nəhayət məhv olur. Nə isə gəncliyinizin qədrini bilin, gənc dostlar...”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu