Vəzifəli şəxslərin cəbhə bölgələrinə səfərində fayda var: “Məlumatlı olurlar...”

“Bu, həm də hərbçilərin ruh yüksəkliyinə müsbət təsir göstərir”
  


Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.
H.Hacıyev düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanıb. Prezidentin köməkçisi müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.

Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb.

Mövcud durumla bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev və general Kərim Vəliyevin cəbhə bölgəsində olması arzuolunan addımdır. 

Ş.Ramaldanov qeyd edib ki, mülki şəxslərin cəhbə bölgəsinə getməsinin özəl bir yanaşması var:

“Belə bir deyim: xalq və ordu bir yerdədir. Hikmət Hacıyev və Kərim Vəliyevin cəbhə bölgəsinə gedib əsgərlərimizlə görüşməsi onlar üçün də böyük marağa səbəb olub.

H.Hacıyev Prezidentin köməkçisi olaraq səngərlərdə olub, əsəgərlərlə görüşüb, vəziyyətlə yerində tanış olub. Onun təmas xəttində olan əsgərlərin məişət və sosial durumunu görməsi, əsgərlərin ruh yüksəkliyinin şahidi olması, onlarla bir yerdə çörək kəsməsi, bu hadisələri öz prizmasından Prezidentə məruzə etməsi xüsusi əhəmiyyət kəsb edir”.

Əsgər və hərbçilər tərəfindən də bu görüşlərin maraqlı və müsbət qarşılandığını deyən Ş.Ramaldanov vurğulayıb ki, dövlət ordunun yanındadır:

“Ordumuz da dövlətin bir atributudur. Düşünürəm ki, bu görüşdən sonra Hikmət Hacıyevin cənab Prezidentə məruzə edəcəyi məlumatlar və təkliflər də olacaq. Hər bir dövlətin nümayəndəsi vəzifəsindən asılı olmayaraq, əsgər və hərbçilərlə nə qədər çox görüş keçirərsə, bu, həm hərbçilərin ruh yüksəkliyinə müsbət təsir göstərəcək,  həm də vəzifəli şəxslərin təmas xəttindəki durumdan məlumatlı olmasına imkan yaradacaq.

Ona görə də Hikmət Hacıyev və Kərim Vəliyevin gedişi bütün orduda və cəmiyyətdə müsbət qarşılanıb”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu