Məktəb direktorunun maşındakı rəqsinə münasibət: “Öz işidir” - Video

Cəsarət Valehov: “Hər halda onun öz işidir. Məsələnin ictimailəşdirilməsini düzgün hesab etmirəm” 


Nabatəli Qulamoğlu: “O müəllimi ittiham etmək olar ki, o, korrupsiyaya yol verir, rüşvətxorluq edir”


Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirə olunur. Görüntülərdən aydın olur ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Atayeva Çinarə maşınında musiqi sədaları altında oynayır. Istifadəçilər bunu birmənalı qarşılamayıb, həmin hərəkətin nəinki direktora, qadına da yaraşmadığını deyiblər.



 “Sherg.az” olaraq görüntü ilə bağlı rəsmi mövqe öyrənmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: “Bu barədə eşitmişəm, lakin kadrları görməmişəm. Hər halda onun öz işidir. Mən məsələnin ictimailəşdirilməsini düzgün hesab etmirəm”. 

 Təhsil eksperti Nabatəli Qulamoğlu da belə məsələləri qabartmağın əleyhinə olduğunu dedi:



“Düzdür, məktəb direktoru ictimai fiqurdur, cəmiyyətə nümunə olmalıdır. Və digərlərinə nisbətən ciddi davranmalıdır. Amma düşünürəm ki, direktoru ittiham etməyə ehtiyac yoxdur. Hər halda videoya baxaraq bunu daha dəqiq demək olar.

Əgər xanım sadəcə əl-qol hərəkətləri edibsə, bu, normal qarşılanmalıdır. Fikrimcə, konkret hadisəyə sadəcə əhəmiyyət vermək lazım deyil. O müəllimi ittiham etmək olar ki, o, korrupsiyaya yol verir, rüşvətxorluq edir.

Şəxsi maşınında oynamaq isə hər kəsin öz işidir. Həm də hər tədbirdə məktəbin həyətində şagirdləri ilə birlikdə əl-qol açıb oynayan direktorlar var. Fərqi nədir, məktəb həyətində oynadın, ya maşında?

O normal qarşılanırsa, bu da normal qarşılanmalıdır. Başa düşürəm, bəlkə də, bizim cəmiyyətimiz üçün belə hallar qeyri-adidir. Lakin bir daha deyirəm, burada ittihama yer yoxdur”.




Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu