Türk dünyasını birləşdirən yeni sayt - “TURAZ.İNFO” gəldi: “Milli işə xidmət...”

“Turanaz.info” saytı Qafqaz İslam Ordusunun Bakını xilas etməsinin 102-cü ildönümündə fəaliyyətinə start verib”

“İnanıram ki, bu günün xeyiri-hikməti saytın uğurlu fəaliyyətinə işıq saçacaq”


KIV ailəsinə yeni sayt daxil olub. “TURAZ.İNFO” adlı sayt Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü və sabahına xidmət edən informasiyaların məkanı, bazası rolunu oynayacaq. 

Saytın təsisçisi, "Tərəqqi" medalı mükafatçısı Şöhrət Eyvazov bildirib ki, ali məqsəd strateji planda bütün türk dövlətlərinin – gələcəyin “Turan Birliyi”nin yaradılması istiqamətində cərəyan edən proseslərə  informasiya dəstəyi göstərməkdir.

"Saytın 15 sentyabrda fəaliyyətə başlaması təsadüfi deyil. Bu təqdimatı 102 il bundan əvvəl Qafqaz İslam Ordusunun Bakını isğaldan azad edilməsinə ithaf edirik . Azərbaycan - Türkiyə qardaşlığı həmişə olub. Hazırda isə bu münasibətlərin yeni mərhələsi başlayıb. Çanaqqala savaşında azərbaycanlıların iştirakında, Şamaxı döyüşlərində türk qardaşlarımızın şəhidlik zirvəsinə ucalmasında, Nəriman Nərimanovun Türkiyəyə köməyi “əvəzsiz qardaşlıq payı” adlandırmasında, Atatürkün “Azərbaycanın sevinci öz sevincimiz, kədəri isə öz kədərimzidir”, Heydər Əliyevin “Bir millət iki dövlətik” deməsində türkün türkə qardaşı münasibəti bariz əks olunub. Bu gün Türkiyə Prezidenti Qarabağ problemin öz dövlətinin problemi hesab edir, Azərbaycan Prezdenti hər sözündə qardaş ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə inam sərgiləyir və hər iki prezident bu əlaqələrin daha da sıx və intensiv olduğunu əməlləri ilə sübut edirlər". 

 Bu barədə “Sherg.az”a danışan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal yeni saytın fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndirib:


“Turanaz.info” saytının fəaliyyətə başlaması münasibətilə hörmətli həmkarımız Şöhrət Eyvazov başda olmaqla, sayt ətrafında birləşmiş soydaşlarımızı təbrik edirəm. Belə bir saytın indiki məqamda fəaliyyətə başlaması rəmzi xarakter daşıyır.

Bir yandan, son vaxtlar Azərbaycanla Türkiyə - iki qardaş dövlət arasında əməkdaşlıq, strateji müttəfiqlik münasibətləri ən üstün səviyyədə özünü göstərir.

Hərbi sahədə müttəfiqliyə indi də media sahəsində əməkdaşlıq əlavə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin bu günlərdə Ankaraya səfəri də bu məqsədə xidmət edirdi.

“Turanaz.info” saytı Qafqaz İslam Ordusunun Bakını xilas etməsinin 102-cü ildönümündə fəaliyyətinə start verib. İnanıram ki, bu günün xeyiri-hikməti saytın uğurlu fəaliyyətinə işıq saçacaq. Hazırkı dövrdə kommersiya məqsədlərindən uzaq, ideoloji məqsədə köklənmiş media orqanlarının fəaliyyəti çox çətindir.

Bunu “Türküstan” qəzetinin və “Turkustan.info” saytının simasında görürük. Bununla belə, milli işə xidmət bu yolu tutmuş insanlara əlavə güc verir. Mən bu gücü, iradəni Şöhrət bəyə və “Turanaz.info” saytına arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu