Qafarova və Matviyenko Moskvada görüşəcəklər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.
Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.
S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu