Qəbələyə çəkilən dəmir yolu ilin sonunda istifadəyə verilə bilər

Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır. 
Bu barədə“Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb.
“Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir. Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb.

Qəbələyə çəkilən yolun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 körpü, 6 avtomobil tuneli, 1 yolötürücü, 2 heyvan keçidi, 106 suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırlıb”.

Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu