Dövlət müdaxilə etməlidir! - Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir? 

“Dərmanların vahid qiymət sistemi çox vacib prosesdir və bu, vətəndaşların mənafeyinə xidmət etməlidir”

Ölkəmizdə fəaliyyət göstərən apteklərdə dərmanların qiymətləri fərqlidir. Eyni adlı və tərkibli dərmanların müxtəlif qiymətə satılması vətəndaşları düşündürən əsas məqamlardan biridir. Təbii ki , qiymət fərqliliyi xoşagələn hal deyil.

Eyni tərkibli amma başqa firma adı ilə satılan dərmanlar da var. Çox güman ki, fərqli firmaların istehsalı olduğu üçün qiymətlərdə fərqlilik ola bilər.

Maraqlıdır, dərman qiymətlərinin fərqli olmasının başqa səbəbləri nədir?



Tibb elmləri doktoru, professor Adil Qeybulla da “Sherg.az”a açıqlamasında vahid qiymət prosedurunu dəstəklədiyini bildirib. 
Onun sözlərinə görə, çalışmaq lazımdır ki, Azərbaycana daxil olan dərman maddələri bir-birini təkrarlamasın:

“Məsələn, müxtəlif firmalar eyni adda, eyni tərkibdə yüzdən çox dərman preparatları gətirirlər. Dərmanlar insan həyatında önəm kəsb etdiyi üçün kimin nə satdığına və hansı qiymətə satdığına ən ciddi şəkildə nəzarət edilməlidir. Bu baxımdan dərmanların vahid qiymət sistemi çox vacib prosesdir və hesab edirəm ki, bu vətəndaşların mənafeyinə xidmət edəcək”.

Professor qeyd edib ki, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin baha olması məsələsi illərdir, müzakirə olunur:

“Bəzi dərman maddələrinin xüsusilə əhalinin gündəlik tələbatı olan dərman maddələrinin qiymətinin tənzimlənməsi üçün dövlətin müdaxiləsinə ehtiyac yaranıb. Lakin qiymət tənzimlənməsi bütün dərman vasitələrinə şamil oluna bilməz.

Çünki bəzi Avropa istehsalı olan dərmanlar var ki, onlar bazarda çox bahadır. Onların ölkəyə gətirilməsi, gömrük qeydiyyatından keçməsi, sahibkarın öz xərcləri müəyyən xərclərdir ki, bu da dərmanların qiymətinin müəyyən həddə endirilməsini mümkünsüz edir.

O dərmanların ki, qiymətləri süni şəkildə xeyli artırılıb, onların siyahısı Tarif Şurası tərəfindən tam dəqiqləşdirilib. Sahibkarın da maraqları nəzərə alınmaqla qiymət müəyyən həddə saxlanılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu