Yeni dərsliklər istifadəyə verildi


2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təhsil İnstitutu tərəfindən hazırlanmış yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif  “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. 

Digər dərsliklərdən fərqli olaraq, bu dərsliklərin dəstinə dərslik, müəllim üçün vəsait və iş dəftərindən əlavə olaraq valideynlər üçün tövsiyələr də daxil edilib. 

Bu dərsliklərin daha bir fərqli cəhəti onların 2 hissəli, yəni hər hissəsi tədris ilinin bir yarımilini əhatə etməklə tərtib olunmasıdır. Bu formatda tərtibat həm də şagird çantasının ağırlığının xeyli yüngülləşməsinə səbəb olur. 

Qeyd edək ki, sözügedən yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu