Rusiya XİN:Qarabağa Livandan etnik ermənilərin köçürülməsi ilə bağlı bizdə yoxlanılmış məlumat yoxdu

Rusiya XİN:Qarabağa Livandan etnik ermənilərin köçürülməsi ilə bağlı bizdə yoxlanılmış məlumat yoxdu
“Biz de-fakto olaraq Qarabağ rəhbərliyinin Livanı tərk etmiş etnik ermənilərin məskunlaşdırılması ilə bağlı istəklərini eşitmişik”
REAL TV-nin  Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfarnsında deyib.

“Biz Livandan olan iki erməni ailəsinin Qarabağda məskunlaşmaq istədikləri barədə məlumatı da oxumuşuq.  Amma Livandan olan etnik ermənilərin real olaraq Qarabağda yerləşdirilməsi barədə bizdə yoxlanılmış məlumat yoxdur”, - deyə M.Zaxarova qeyd edib.

XİN sözçüsü nəzərə çatdırıb ki, hazırda isə Qarabağ probleminin həllinə aparacaq danışıqlar prosesinin yenidən başlamasına yönəlmək lazımdır: 

“ATƏT-in Minsk qrupunun həmsədirləri 14 sentyabrda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə məsləhətləşmələr aparıblar. Qarabağ probleminin həllində gələcəkdə atılacaq addımlar üçün öz vasitəçiliklərinin təklif ediblər. Biz hər iki tərəfdən müsbət cavab gözləyirik”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu