Pərviz Bülbülənin mahnısına İRAD: “Hz.Əli (ə) ağamıza hörmətsizlik edirsən, sil onu” - Video

“Yazırsan gözəl bir şey yaz ortaya çıxar. Sən bunu bacaran sənətkarsan”

 
Vüqar Biləcərinin ölümü ilə yasa qərq olan meyxana aləmində sükutu Pərviz Bülbülə pozub. O bir neçə gün öncə dini mövzuda oxuduğu mahnını izləyicilərinə təqdim edib. Lakin meyxanaçının yeni mahnısı birmənalı qarşılanmayıb.

Onu bəyənənlərlə yanaşı tənqid edənlər də olub. Maraqlıdır ki, P.Bülbülənin ifasına irad bildirənlər sırasında meyxanaçılar da var.
Elə meyxanaçı Tərlan Maştağalı da həmin mahnıdakı səhvləri dilə gətirib.

“Sherg.az” xəbər verir ki, o İnstaqramda mahnısını paylaşan P.Bülbüləyə tənqidi rəy yazıb:

“Pərviz, özün bilirsən xətrin mənə çox əzizdir. Amma diskoteka mahnısının üstündə oxumaqla Hz.Əli (ə) ağamıza böyük hörmətsizlik edirsən. Xahiş edirəm sil. Yazırsan gözəl bir şey yaz ortaya çıxar. Sən bunu bacaran sənətkarsan”.

Qeyd edək ki, meyxanaçının bu şərhini söz ustadı Ağa Maştağalı da bəyənərək dəstək verib.  Lakin P.Bülbülə həmin rəyi cavabsız qoyub.


Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu