Əsas hədəf: "Ədalətli idarəçilik sistemi yaradılır, korrupsiya ləğv edilir!”

“Ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır”


Dövlət siyasətinin prioritet istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizə tədbirləridir. Bu tədbirlər məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasına, şəffaflığın və hesabatlılığın təmin edilməsinə şərait yaradır.
Korrupsiyaya qarşı tədbirlərdə rüşvətxorluq, bürokratiya, süründürməçilik kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Bu sahədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi ədalətli idarəçilik sisteminin yaradılmasıdır.

Millət vəkili Mahir Abbaszadə “Sherg.az”a açıqlamasında bildirib ki, məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirmələri çox vacibdir.

Parlament üzvü bildirib ki, ölkəmizdə ötən ildən geniş vüsət alan struktur islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılması məqsədini daşıyır:

“Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edili. Bu mübarizə keyfiyyətcə yeni müstəviyə keçib.

Ölkə başçısının dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq cari ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

Bu mühüm addım özündə bütün hədəfləri ehtiva edir”.

Millət vəkili vurğulayıb ki, ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır:

“Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətləri kimi daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin sərəncamları ilə təsdiqlənmiş korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı bu istiqamətdə problemin həllinə olan diqqətin təsdiqidir. Ciddi qanun pozuntularına yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur.

İctimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu