Müəllimin intiharı nonsensdir ! – “Bu qərar səbəbsiz deyil” – Müəmma !


“Bu hadisənin üzərində düşünməliyik.  Cəmiyyətimizdə nə baş verir ki, gənclər intihar edirlər?”

“Təbii ki, bu olay böyük gərginliyin nəticəsidir”

“Çox istəyərəm ki, kimsə müəllimin intihar etməsinə təkan veribsə, mütləq qaydada cəzasını alsın”




27 yaşlı müəllim özünü yaşadığı binanın pəncərəsindən atıb. Bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:
“121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb. Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində N.İsayeva dünyasını dəyişib.

Onu da qeyd edək ki, N.İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik”. 

Demək olar ki, hər gün kütləvi informasiya vasitələrində canına qıyan şəxslərlə bağlı məlumat yer alır. Lakin bir müəllimin intiharı cəmiyyəti sarsıtdığı qədər düşünməyə də vadar etdi. Hər zaman müəllimlərin örnək olduğuna dair fikirlər səslənərkən, onların bu addımı atmağı üzücü olduğu qədər də müəmmalıdır.



Baş verənləri “Sherg.az”a şərh edən tanınmış jurnalist Aygün Muradxanlı bildirib ki, gənc və istedadlı müəllim haqqında xoş sözlər danışlırsa, aydındır ki, bu şəxs səbəbsiz intihar etməyib. Onun sözlərinə görə, müəllimin bu yolu seçməsi və özünü ölümə məhkum etməsi hansısa depressiya və gərginliyin nəticəsidir:

“İstisna deyil ki, ailədə və ya işdə müəyyən xoşagəlməz hallar yaşana bilər. Hadisənin bütün detalları məlum deyil. Amma bu məsələyə birmənalı olaraq kriminal olay kimi baxıram.

Hüquq-mühafizə orqanları baş verənləri mütləq qaydada araşdırmalıdır. Müəllimlərin belə psixoloji gərginliyə düşüb canına qəsd etməsi çox üzücüdür. Çünki həqiqətən də müəllim hər birimizin düşüncəsində “yol göstərən”, “cəmiyyətin önünü açan”, “aydın bir şəxs” kimi qəbul edilir”. 

A.Muradxanlının qənaətincə, müəllimlərin depressiyaya düşüb intihar etməsi onu göstərir ki, cəmiyyətimizdə nələrsə düz deyil:

“Azərbaycan məktəbində və ya ailə dəyərlərində düz getməyən məqamlar var ki, gənclərimiz həyat eşqi ilə dolu olan zamanlarında ölümü seçirlər. Bir insanın özünü öldürməsi həqiqətən də böyük faciədir.

Bu, cəmiyyətimiz üçün böyük itkidir. İntihar edən şəxs bir ailədə yetişdirilib, təhsil alıb və həyatının ən məhsuldar dövründə canına qıyıb. Cəmiyyət olaraq bu hadisənin üzərində düşünməliyik.  Cəmiyyətimizdə nə baş verir ki, gənclər intihar edirlər? Təbii ki, bu olay böyük gərginliyin nəticəsidir.

Çox istəyərəm ki, kimsə müəllimin intihar etməsinə təkan veribsə, mütləq qaydada cəzasını alsın”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu