“Dövlət orqanlarının fəaliyyətinə nəzarət genişləndirilir”

“Vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir”


Dövlət siyasətinin prioritet istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizə tədbirləridir. Bu tədbirlər məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasına, şəffaflığın və hesabatlılığın təmin edilməsinə şərait yaradır.

Korrupsiyaya qarşı tədbirlərində rüşvətxorluq, bürokratiya, süründürməçilik kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Bu sahədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi ədalətli idarəçilik sisteminin yaradılmasıdır.

Məsələyə dair “Sherg.az”a danışan millət vəkili Soltan Məmmədov bildirib ki, Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir. Parlamentari qeyd edib ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir:

“Cənab Prezidentimiz yeni kadrları yüksək vəzifələrə təyin edərkən xoşagəlməz hallarla əlaqədar məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Ölkə başçısı eyni zamanda xəbərdarlığını da çatdırır: “Hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Deputat vurğulayıb ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmiz birinciliyini qoruyur:

 “Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar var. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin daha da yaxşılaşdırılması fonunda atılan yeni-yeni addımlar biznes cədvəlində ölkəmizi daha da yüksək pilləyə çıxaracaq” .

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu