Spikerin Moskva səfəri... - Qafarovanın qovluğunda nələr var? – ŞƏRH  

Məlahət İbrahimqızı: “Rusiyanın erməni təxribatına göz yumması, düşməni silahlandırması Azərbaycan cəmiyyətini məyus etdi”

“Bu, tərəflər arasındakı səmimi münasibətlərə kölgə saldı”

“Zənnimcə, danışıqlar masasındakı məsələlər də bu istiqamətdə olacaq”


 Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moskvaya səfərə gedəcək.
Bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. S. Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.



Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Məlahət İbrahimqızı görüşün əhəmiyyətini yükəsk qiymətləndirib: 

“Rusiya bizim sərhəd qonşumuzdur. 200 ilə yaxın birlikdə yaşamışıq. Bir milyondan çox soydaşımız oradadır. Münasibətlərimiz həmişə- həm müstəqillikdən əvvəl, həm də sonra yaxşı olub. Odur ki, fikrimcə, görüş zamanı problemlərin həllinə yönəlik məsələlər müzakirə olunacaq.

Əlbəttə, Rusiyanın erməni təxribatına göz yumması, düşməni silahlandırması Azərbaycan cəmiyyətini məyus etdi. Bu, tərəflər arasındakı səmimi münasibətlərə kölgə saldı.

Amma biz istənilən halda çalışırıq ki, dünya ölkələri ilə əlaqələrimiz möhkəm olsun. Zənnimcə, danışıqlar masasındakı məsələlər də bu istiqamətdə olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu