İnternetin qiyməti əlçatan deyil

Distant təhsilin təşkilində ciddi problemlər var

"Təhsil Nazirliyinin əlində qiymətli informasiya var. Bu informasiya hazırda kifayət qədər ciddi ictimai əhəmiyyət kəsb edir".
Bu sözləri İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, nazirlik yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı bir monitorinq və sorğular təşkil edib: "Bunun nəticəsi olaraq TN-in əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyətlər haqqında informasiya toplanıb.


Təəssüf ki, nazirlik indiyədək bunu açıqlamayıb. İnformasiya əldə edilməsi haqqında qanuna görə, bu tip informasiyalar məcburən açıqlanmalıdır. Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yarada biləcək. Görünür ki, TN bu baxımdan onu açıqlamaq istəmir".

"Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini TN-in üzərinə atıb. Digər ölkələrdə olduğu kimi, bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməkliklər səfərbər olunmayıb.

Əksinə, vətəndaşların alıcılıq qabiliyyətini zəiflədə biləcək gömrük limitinin endirilməsi ilə bağlı NK305 saylı qərarın da sentyabrın 20-dən güvvəyə minməsi nəzərdə tutulub. Müşahidələr göstərir ki, distant formada təhsilin təşkilində ciddi problemlər var, təhsilin bu formada təşkilində ölkə üzrə təhsil xidmətlərinə əlçatanlıq yetərincə təmin olunmayıb. Yəni real vəziyyət elədir ki, əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar",-deyə, O.Gündüz əlavə edib.

O vurğulayıb ki, eyni zamanda internetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır:

"TN-in isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət həqiqətən ürəkaçan deyil. Düşünürəm ki, Nazirlər Kabineti təcili olaraq TN-i və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini və digər əlaqəli və maraqlı tərəfləri bir araya gətirərək mövcud böhranlı vəziyyətdən çıxış üçün tədbirlər görməlidir".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu