Paşinyanın "məskunlaşdırma" planının bədəli ağır olacaq

PKK-nın Qarabağa gətirilməsi, Türkiyənin məsələyə müdaxilə etməsinə zəmin yaradır

“Bir yandan Livan və Suriya ermənilərinin, digər yandan PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi zaman-zaman gündəmə gəlib və məsələ hazırda da öz aktuallığını saxlamaqdadır”. 

Bunu “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, Ermənistan hakimiyyəti bu “kart”ı işə salmaqla məkrli oyunlara rəvac verir.

Amma Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onların çirkin oyunları, avantürist planları “bumeranq effekti” ilə nəticələnə bilər: “Düşmən ölkə öz qurduğu “tələ”yə düşəcək.

Rəsmi İrəvanın Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olub PKK yaraqlılarını və muzdlu döyüşçüləri işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiterror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir. Azərbaycan onsuz da ilk gündən bu hüquqa malikdir.

Lakin Suriya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanlarının işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır.

Paşinyan iqtidarının "məskunlaşdırma" adı altında həyata keçirdiyi bu təhlükəli planın Ermənistan üçün bədəli çox ağır olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu