9 yaşlı qızını koronadan itirdi

Ağrılı ata "bu işin zarafatı yoxdur" deyə danışdı


Ərzurumda koronavirus səbəbindən dünyasını dəyişən 9 yaşlı Esmanur Kartalın atası hər kəsə müraciət edib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciətdə Esmanurun atası, ixtisasca həkim olan Qafur Kartal hər kəsə koronavirusdan çox ehtiyatlı olmağı tövsiyə edib. O bildirib ki, insanlar çox yalnış addımlar atırlar:

"Hər kəsə səslənirəm. Çox diqqətli olmalısınız. Bu iş zarafat deyil.  Lağ edənlər çox böyük səhv edirlər. Qızım 5 yaşında ikən ona dəyişkən immun çatışmazlığı diaqnozu qoyuldu. Xəstəliyi səbəbindən 20 gündən bir xəstəxanada müalicə alırdı.

Müalicə olunduğumuz müddət ərzində problemimiz olmadı. Bu, həssas bir xəstəlik olduğundan qızımın heç bir şəkildə virusa yoluxmaması lazım idi. Qızımı bugünədək bacardığım qədər qorudum. Onu axırıncı dəfə avqustun 25-də xəstəxanaya gətirdim.

Bir həftədən sonra bərk xəstələndi. Həkimlər koronavirusdan şübhələndilər və test etdilər. Qızımı koronavirusdan müalicə olunan xəstəxanaya yerləşdirdilər. O, tənəffüs prosesində çox ciddi problemlərlə qarşılaşdı. Həkimlər bacardıqları hər şeyi etdilər. Ancaq qızım intubasiya edildi. Onun ağciyəri, qaraciyəri və böyrəkləri sıradan çıxmağa başladı və o, aparata bağlandı.

Məni də test etdilər, nəticə müsbət oldu. Qızıma virusun harada yoluxduğunu bilmirik. Sentyabrın  13-də karantindən çıxdığım gün qızımın ölüm xəbərini öyrəndim. Vallah, qızım məni gözlədi". 

O bildirib ki, koronavirusu lağlağı edənlər çox böyük səhv edirlər:

"Səhiyyə işçisi olduğumuzdan koronavirusdan ölənləri və xəstəxanaya yerləşdirilənləri daim görürük. Çox ağrılı bir vəziyyətdir. Allah heç kimə yaşatmasın! Mənim canım getdi, başqa canlar getməsin. Xahiş edirəm maskanızı taxın, məsafəyə diqqət yetirin". 

Qeyd edək ki, 4-cü sinif şagirdi olan Esmanur Kartal ailəsinin 3 uşağından ən kiçiyi olub.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu