Türkiyədə zəlzələ olub

Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda 4,5 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 09.45-də yerin 7,21 kilometliyində baş verib.

Malatya Valisi Aydın Baruş zəlzələnin rayonun ətraf ərazilərində də hiss edildiyini, dağıntı və tələfat barədə indiyədək məlumat almadıqlarını bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu