Braziliyalı futbolçu klub prezidentini qətlə yetirdi

Braziliyalı 28 yaşlı futbolçu Vinisius Korsini qətldə şübhəli bilinərək həbs edilib.
Bu barədə “Globo Esporte” məlumat yayıb.

V.Korsini sentyabrın 16-da Brazliyanın “Nasionel de Ronaldiya” futbol klubunun prezidenti Xose Danilson Alves de Oliveyraya hücum edib, nəticədə isə klub rəhbəri ölüb.

Futbolçu əvvəllər “Nasional de Ronaldiya”da çıxış edib. Klub prezidenti ilə arasında mübahisə yaranan futbolçu ona bir neçə bıçaq zərbəsi endirib. Klubun rəhbəri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rolandiya meri 58 yaşlı Oliveyranın ölümü ilə bağlı rəsmi matəm elan edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu