Barak Obama memuar yazıb

ABŞ-ın sabiq Prezidenti Barak Obama memuar yazıb.
CNN telekanalı məlumat verir ki, B.Obamanın xatirələrinə həsr olunan kitab noyabrda keçiriləcək prezident seçkilərindən sonra satışa çıxarılacaq.
ABŞ-ın ilk qaradərili prezidentinin siyasi karyerasına həsr olunan kitab “Vəd edilmiş torpaq” adlanır.
Kitab 17 noyabrdan satışda olacaq.
Məlumatda qeyd olunur ki, kitab 25 dilə tərcümə edilib.
Memuarın kağız versiyasını 45 (76 manat), audiokitabı isə 40 dollara (68 manat) əldə etmək mümkün olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu