Tofiq Yaqublunun ev dustağlığına buraxılması alqışlandı: “Təqdirəlayiq qərardır”

“Tofiq Yaqublu sıradan adam deyil, dövlətimizin müstəqiliyi uğrunda mübarizədə iştirak etmiş insandır. Qarabağ qazisidir”. 

Bunu “Sherg.az”a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib. 

Partiya funksioneri deyib ki, T.Yaqublunun həbsi ictimai məsələyə çevrilmişdi: 



“Ölkənin tanınmış şəxsləri, ziyalıları Tofiq Yaqublunun həbsdən azad olunması ilə bağlı çoxsaylı müraciətlər etmişdi. Tofiq bəyin ölüm aclığına başlaması bu prosesi bir qədər tezləşdirdi. Hətta sentyabrın 28-nə təyin olunmuş Apelyasiya Məhkəməsi ayın 18-i ilə əvəzləndi. Hər halda Tofiq Yaqublunun ev dustağlığına buraxılması çox müsbət və təqdirəlayiq qərardır, alqışlayıram. Ev şəraitində onun müalicəsi davam etdirilməlidir, adaptasiya prosesi sürətlənməlidir. Tofiq bəy ənim məhbəs yoldaşımdır, onunla birgə həbsdə olmuşuq. Hesab edirəm Tofiq Yaqublu kimi şəxslər qorunmalıdır”.  


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu