Tofiq Yaqublu azadlıqda ! – “Azərbaycan dövlətinə güvənmək lazımdır!”

"Məhkəmə Tofiq Yaqublunu faktiki olaraq azadlığa buraxdı. Bununla da o, aclığı dayandırıb səhhətini bərpa etmə və normal yaşama qayıtma şansı qazandı. Kimin və ya nəyin hesabına? Əlbəttə, hər şeydən öncə Azərbaycan dövlətinin, bu dövlətin ali iradəsinin hesabına. İkincisi, ətrafda baş verənlərə biganə qalmayan Azərbaycan cəmiyyətinin hesabına. Üçüncüsü isə, ədalətin bərpa edilməsini arzulayan və buna inanan hər kəsin hesabına. Göründüyü kimi, hay-küy salmağa, ölkənin adını hər fürsətdə hallandırmağa heç gərək yox idi. Zatən deyilirdi ki, məhkəmənin növbəti mərhələsini gözləmək lazımdır. Qaragüruh imkan versəydi, Tofiq Yaqublunun özü də, onun xətrini istəyənlər də cəmi 15 gün dözüb bu qərarı əldə edəcəkdilər".


Bu sözləri jurnalist Azər Həsrət deyib. Onun sözlərinə görə,Tofiq Yaqublunun azad edilməsi Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Medyan TV qaragüruhunun çörəyini əməlli-başlı əlindən aldı: 

"Adamlar özləri üçün uzun müddətli çörək yeri tapmışdılar hazır.  Demişdik, deyirik: güvənc yerimiz Dövlətimizdir! Prezidentimiz, onun iradəsi bizim üçün bir nömrəli güvənc yeridir! İstənilən məsələnin həllində Cona, Semə, İvana deyil, Azərbaycan dövlətinə inanmaq və güvənmək lazımdır!

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu