Agenti Beylin "Tottenhem"ə keçəcəyini təsdiqlədi

"Real"ın yarımmüdafiəçisi Qaret Beylin "Tottenhem"ə keçəcəyi dəqiqləşib.
"Sherg.az" qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti Jonatan Barnett məlumat verib.

O, uelsli oyunçunun London klubu ilə razılığa gəldiyini bildirib. Beyl qarşıdakı bir ili icarə əsasında "Tottenhem"də keçirəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Beyl 20013-cü ildə məhz "Tottenhem"dən "Real"a keçib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu