Holli Berri 50 yaşlı müğənni ilə sevgili imiş

54 yaşlı Hollivud ulduzu Holli Berri yeni eşq yaşadığını etiraf edib.
"Sherg.az" axşam.az-a istinadən bildirir ki, aktrisa sevgilisini mediadan gizlətməyi düşünmədiyini bildirib. İnstaqram səhifəsində Van Hantın şəklinin yer aldığı kofta ilə şəkil paylaşan Holli "Artıq onun kimliyini bilirsiz" şərhini yazıb.

50 yaşlı müğənni isə aktrisanı öpdüyü yerdə şəklini yayımlayaraq onun eşq etirafını təsdiqləyib.

Qeyd edək ki, Van Hant amerikalı müğənnidir. O, 2004-cü ildən fəaliyyət göstərir. 2007-ci ildə "Grammy" mükafatı alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu