Yeni epidemiya yayılır - Qırmızı soğanın daşıdığı ÖLÜMCÜL TƏHLÜKƏ

Kanadada salmonella epidemiyası yayılmağa başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə İctimai Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində 49 nəfərdə xəstəlik aşkarlanıb. Bununla da xəstələrin ümumi sayı 506-ya çatıb.
Xəstəliyin ABŞ-dan idxal olunan qırmızı soğanlarla bağlı olduğu qeyd edilib. Buna görə də tonlarla qırmızı soğan geri göndərilib.
Salmonella nədir?
Orqanizmin müqavimətini aşağı salan ishal, qızdırma və qusma kimi simptomları olan Salmonella xəstəliyi bir neçə formada insana keçə bilər. Bu virus quşlar da daxil olmaqla, bütün canlıların bağırsağında yaşayır. Adətən heyvan nəcisi ilə təmasda olan qidaların qəbulu yolu ilə insanlara yoluxur. Çirkli yumurta, ət, pasterizə edilməmiş süd və ya meyvə suyu, pendir, çiy tərəvəz və meyvə, ədviyyat və çərəzlərdə yaşayır.

Qidaların yaxşı bişirilməsi bakteriyanı öldürür.

Xüsusilə, sürünən heyvanlar (ilan, tısbağa, kərtənkələ), amfibiya (qurbağalar), quşlar və ev heyvanları salmonellanın yoluxmasında rol oynaya bilər. Bütün yaş qrupları bu xəstəliyə düçar ola bilər. (publika.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu