Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin “My Country-Azerbaijan” (“Mənim ölkəm- Azərbaycan”) tanıtım filmi ölkə nominasiyası üzrə “Qızıl mükafat”a ("Gold Award") layiq görülüb.
Kulis.az xəbər verir ki, tanıtım filmində məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.
Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" tanıtım filmi də Beynəlxalq Turizm Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən Beynəlxalq Turizm Filmləri Festivalı bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə reallaşır. Builki festivalda 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştirak edir. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri sentyabrın 16-18-də Nevşehir Qalasında açıq havada baş tutub.

Beynəlxalq Turizm Filmləri Festivalında qalib gələn “Mənim ölkəm- Azərbaycan” tanıtım filmini Bakı Media Mərkəzinin rəsmi səhifəsindən izləyə bilərsiniz.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu