ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır

ABŞ prezidenti Donald Tramp ölkəsinin Kanada ilə sərhədinin “yaxın zamanda” açılacağını deyib.

APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

O qeyd edib ki, Kanada tərəfi ölkələr arasındakı sərhədlərin ən qısa zamanda açılmasını istəyir.

“Normal işimizə qayıtmaq istəyirik, sərhədləri çox yaxın zamanda açacağıq”, - Tramp belə deyib.

ABŞ və Kanada arasındakı sərhədin bağlanılması qərarı yeni növ koronavirus pandemiyası fonunda qəbul edilib. Bundan sonra ölkələr arasında sərhəd-keçid qadağasını 21 sentyabra qədər uzadıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu