Türkiyədə 23 hərbçi karantinə alınıb


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riskinə görə, 23 hərbçi karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, Afyonkarahisardakı hərbi komissarlığında xidmət edən hərbçilərdən ikisində koronavirus infeksiyası aşkar edilib. Onların təmasda olduqları digər 23 hərbçinin xidməti dayandırılıb. Hərbçilərin “Tınaztepe” tələbə yataqxanasına yerləşdirildikləri bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu