Beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu

“Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri deputat Jalə Əhmədova deyib. O vurğulayıb ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın bir çox şirkətləri Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanmışdır: “1994-cü il sentyabrın 20-si imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir. Beləliklə, ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu