"Həyatımızın elə bir sahəsi yoxdur ki, orada neftçilərin əməyi olmasın" - Deputat

"Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada neftçilərin əməyi olmasın". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, müasir təhsil və səhiyyə müəsisələri, 17 min kilometrdən çox avtomobil yolları, su təminatı, kosmoda peyklərimizin olması,  beynəlxalq enerji və tranzit marşurutların meydana gəlməsi neft gəlirləri ilə reallaşıb:

"Həmçinin, aqrar sahənin sürətli inkişafı, yeni sənaye müəsisələrin meydana gəlməsi, elektrik enerjinin istehsalına və paylanmasına yeni həyat verilməsi, insanların sosial vəziyyətinin yaxşılaşması,  ordumuzun güclənməsi, ölkəmizin iqtisadi müstəqilliyimizin güclənməsində, beynəlxalq mövqelərimizin möhkəmlənməsində, pandemiyaya qarşı uğurlu mübarizədə neftçilərin dövlətimizə qazandırıdığı milyardlarla dollar maliyyə resurslarımız dayanır. 1994-cü il 20 sentyabrda imzalanan "Əsrin Müqaviləsi" neftçilərin əməyinin düzgün və daha səmərəli dəyərləndirməsinə imkan verib. Neftçilər havanın boranlı-qarlı, isti-soyuq olmasına baxmayaraq açıq dənizdə və quruda  gecə-gündüz, fasiləsiz iş başındadırlar. Neft yerin altında təbii ehtiyat olaraq dəyərsiz qalır. Amma istehsal olunanda qızıla çevrilir. Qara nefti qızıla çevirən neftçilərdir. Sizlər əsl qəhrəmansınız, əziz neftçilər. Peşə bayramınızı təbrik edirəm. Sizlərə can sağlığı, firəvanlıq və ulu öndər Heydər Əliyevin  əsası qoyduğu neft strategiyasının prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsində uğurlar arzulayıram. Bayramınız mübarək!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu