"Evimizdə isti yorğan-döşəyimizdə yatanda atam qara qızılı çıxarıb" 

"Bu gün Azərbaycanda "Neftçilər" günüdür. Mən də neftçi ailəsində göz açmışam. Atam 30 ildən çoxdur ki, neft daşlarında işləyir. Bibim də illərlə neft daşlarında işləyib."

"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış aparıcı, prodüser Tarix Əliyev söyləyib. O İnstaqram səhifəsində atası ilə şəkilini paylaşaraq bunları yazıb:

"Evimizdə isti yorğan-döşəyimizdə yatanda atam qurudan 200 km uzaqlıqda - dənizin ortasında öz neftçi dostları ilə Azərbaycanın ən dəyərli sərvəti olan qara qızılı çıxarıb. Ölkəmizin inkişafında böyük rol oynayan neftimizin az hissəsində də olsa, əziyyətinin payı var. Bütün neftçilərimizə Allahdan can sağlığı arzu edirəm. Dünyasını dəyişmiş neftçilərimizin övladlarına Allah səbr versin. Çünki o dəhşətli hadisə baş verərkən, mənim də atam dənizdə öz platformasından izləyib. O həyacanı keçirirdi. Nə yaxşı ki,  neftçi övladıyam. Neftçi övladları, valideyninizlə qürur duyun. Çünki hər birinin həqiqətən də Azərbaycanın inkişafında rolu var."

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu