Parlament sədri Rusiyanı ittiham etdi: "...Mane olmağa çalışır"


"Rusiya bizim demokratik inkişafımıza mane olmağa çalışır".

24News.ge xəbər verir ki, bu sözləri Parlamentin sədri Arçil Talakvadze, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Gürcüstanla bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Rusiya ilə ikitərəfli əlaqələrin normallaşdırılması bizim ərazilərimizin işğalı sona çatdıqdan sonra mümkün ola bilər:

"Rusiya və Gürcüstan arasında bu gün mövcud danışıqlar Cenevrə formatıdır, ancaq, gördüyümüz kimi, nə qarşıdurmanı dayandırmaq, nə də hər iki işğal altındakı regionumuzdakı ağır vəziyyəti dəyişdirmək üçün, Rusiya tərəfindən heç bir önəmli siyası qərarlar alınmayıb. Rusiya ilə ikitərəfli əlaqələrin normallaşdırılması bizim ərazilərimizin işğalı sona çatdıqdan və regionumuzda qanunsuz şəkildə yerləşən rus əsgərləri çıxdıqdan sonra mümkün ola bilər", - deyə Talakvadze bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Sergey Lavrov, Rusiya və Gürcüstan arasında normal əlaqələrin bərpa ediləcəyindən əminlik duyduğunu bildirmişdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu