Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində avtomobillə 1999-cu il təvəllüdlü Məsimov Musa Heydər oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı M.Məsimov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin o, sonradan saxlanılıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu