Orxan Lökbatanlı Vüqar Biləcəriyə mahnı həsr etdi: DOST YANĞISI ! – VİDEO 

Avqustun 29-da qəfil şəkildə dünyasını dəyişən Vüqar Biləcərinin dostları hələ də olayın üzüntüsünü yaşayır. Sosial şəbəkələrdəki paylaşımları  Vüqarın ölümü ilə barışa bilmədiklərini göstərir. Kimisi söz ustadının xatirəsinə şeir yazır, kimisi qəzəllərini toplayıb kitab hazırlayır.
Meyxanaçı Orxan Lökbatanlı da dostuna "Gör kimləri aldın, dünya" adlı mahnı həsr edərək ürək yanğısını dilə gətirib.
“Sherg.az” xəbər verir ki, o İnstaqram səhifəsində mahnıdan bir hissə payalaşaraq bunları yazıb:
“Allah sənə rəhmət eləsin, qardaşım. Vaxtsız gedişin məni dünyanın vəfasızlığından yazmağa vadar etdi. Yerin cənnət olsun”.




Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu