Dörd gün qaldı - 25 FAİZİ QEYDİYYATDAN KEÇİB

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir.
Qeyd edək ki, qəbul olunan abituriyentlər sentyabrın 25-i saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən məlumata görə, sentyabrın 21-i saat 11:00-a olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25 faizi qeydiyyatdan keçib.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu