Mesaj verildi: “Hər zaman müharibəyə hazır ol !”

“Ermənistanın təmas xəttinə yaxın qüvvələrini cəmləşdirməsi və hətta terrorçu qrupların muzdlu döyüşçülərini də bura cəlb etməsi növbəti təxribatın ola bilməsindən xəbər verir”


“Ermənistan hər zaman regionda sabitliyin pozulmasına çalışıb. Zaman-zaman Azərbaycana qarşı Ermənistan tərəfindən edilən təxribatlar buna əyani sübutdur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
QHT rəhbəri bildirib ki, biz iyul ayında növbəti dəfə bunun şahidi olduq. Lakin işğalçı ölkə öz çirkin planlarını davam etdirməkdədir: 

“Görünür, Paşinyan iyul təxribatlarlında aldığı zərbəni həzm edə bilmir. Prezident İlham Əliyevin bu günlərdə yerli telekanallara müsahibəsində qeyd etdiyi kimi, Ermənistan yeni böyük müharibəyə hazırlaşır.

Son zamanlar Ermənistanın təmas xəttinə yaxın qüvvələrini cəmləşdirməsi və hətta terrorçu qrupların muzdlu döyüşçülərini də bura cəlb etməsi növbəti təxribatın ola bilməsindən xəbər verir.



Ölkə başçısının bu mesajı hər kəsdən məsuliyyətli və hazırlıqlı olmağı tələb edir. Bu, “Hər zaman müharibəyə hazır ol” şüarının real təcəssümüdür. Sevindirici haldır ki, illərdir bu istiqamətdə aparılan təbliğat öz effektini verib.

Belə ki, Qazaxda yolla hərəkət edən DSX-nin hərbçilərini ikinci sinif şagirdi Elton Hacızadənin hərbi salamla qarşılaması cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olmasının bariz nümunəsidir. Bu vətənpərvərlik, ümumiyyətlə dünya azərbaycanlarında özünü göstərməkdədir.

Bu yaxınlarda bir xanım diaspor rəhbərindən müsahibə alarkan qeyd etdi ki, müharibə başlayarsa, vətən yolunda gəlib döyüşməyə hazırdır.

Əlbəttə ki, bütün bunlar qürurvericidir və dünya azərbaycanlılarının ölkə başçısının hər bir çağırışına adekvat olaraq Azərbaycan adına savaşa hazır olmasının göstəricidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu