Düşmən təxribatı ! - Əsgərimiz yaralandı - RƏSMİ

Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində növbəti təxribatı nəticəsində əsgərimiz yaralanıb.
Baş Prokurorluqdan "Sherg.az"a verilən məlumata görə, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq sentyabrın 2-də saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu