“Pepsi Cola“nın sabiq prezidenti vəfat edib

1963-1971 illərdə “Pepsi Cola” şirkətinin prezidenti olmuş, daha sonra isə 15 il şirkətin baş direktoru işləmiş Donald Kendall 99 yaşında vəfat edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbə bildirir ki, D.Kendall öz evində ailə üzvlərinin əhatəsində vəfat edib.
Qeyd olunur ki, məhz D.Kendall sayəsində “Pepsi” içkisi Sovet İttifaqında satılmağa başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu