“Bütün ölkələr Gürcüstanı unudanda, biz onlara dəstək verdik"

Bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində vacib məsələlərə toxunub. Ölkə başçısı həmçinin  Gürcüstanla qarşılıqlı münasibətlərimizdən danışıb. Prezident bəyan edib ki, ötən müddətdə Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı:
“Belə ki, Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməməsi xüsusi vurğulanıb. “Ermənistan və Gürcüstanda yaşayan ermənilər, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır”.

 

 İki dövlət arasındakı dostluq münasibətləri haqqında “Sherg.az”a danışan politoloq Natiq Mirinin fikrincə, burada əsas rol Azərbaycan tərəfinin öhdəsinə düşür:

“Bizim Gürcüstanla münasibətlərimiz bütün dövrlərdə yaxşı olub. 2008-ci ildə altı günlük müharibə dövründə bütün ölkələr Gürcüstanı unudanda, biz onlara dəstək olduq. Amma Saakaşvili hakimiyyətindən sonra qarşı tərəfin adekvat münasibətini görmədik. Hətta Saakaşvili ölkəmizə layiq olduğu münasibəti göstərmədiyinə görə dəfələrlə prezident İvanavşilini sərt tənqid edib.

Çünki o hakimiyyətə gələndən sonra tərəflər arasında “soyuq küləklər” əsməyə başladı. Yəni, təkrar edirəm, Gürcüstanın Azərbaycana münasibəti adekvat deyil. Həm də qərb qonşumuz faktiki olaraq bizdən asılıdır.

Azərbaycan enerji daşıyıcılarını heç kimə Gürcüstana satdığı qədər ucuz qiymətə təklif etmir.

Bu, bir daha onu deməyə əsas verir ki, aramızdakı dostluq və tərəfdaşlıq münasibətlərində Azərbaycanın və tətbiq etdiyimiz güzəştlərin böyük rolu var”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu