Keçmiş XİN başçısı: “Azərbaycan düşmənə dağıdıcı zərbə vurmalıdır” – HAZIRIQ !

“Yeganə yol ermənilərin işğalına son qoymaq, torpaqlarımızı azad edib suverenliyimizi bərpa etməkdir”


Sentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.


Yayılmış qeyri-rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan PUA əraziyə düşərək partlayıb. 

Təəssüf ki, şəhidimiz də var. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Düşmənin təxribatları davam edir. Cəbhədə vəziyyət yenidən gərginləşib. Bu durum müharibənin başlayacağına dair bəzi iddialar yaradır. Ordumuz və əsgərlərimiz torpaqlarımızın azad olunması üçün daim hazırlıqlıdırlar. Maraqlıdır, mövcud durum həqiqətən də müharibənin başlamasına zəmin yarada bilərmi?

Prosesləri “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, baş verənlər əslində gözlənilən idi:

“Ermənilərin taktikası, müxtəlif yollarla nəyəsə nail olmaq istəyi çoxlarına bəllidir. Bunun nəticəsində Ermənistan-Rusiya münasibətləri də sınaqdan keçirilir. Ermənistanın Rusiyadan imtina edib, qərbyönümlü siyasəti həyata keçirdiyi də bir həqiqətdir.

Onların bu siyasəti heç kəs üçün sirr deyil. Həm siyasi təhlilçilər, həm də cənab Prezident birmənalı olaraq açıq şəkildə fikirlərini bildirdi. Ölkəmiz mövcud proseslərə hazırlıqlı olmalı, düşmənə sarsıdıcı və dağıdıcı zərbə vurmalıdır.

Bütün bunlara da hazırıq. Yeganə yol ermənilərin işğalına son qoymaq, torpaqlarımızı azad edib suverenliyimizi bərpa etməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu