“Son sözü mütləq Azərbaycan əsgəri deyəcək” – Düşmən aciz qalacaq ! 

“Düşmən ciddi cəhdlə müharibəyə hazırlaşır. Amma “çanaq öz başında çatlayacaq””

Ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində təxribatları davam edir. Qarabağ separatçılarının lideri Araik Arutunyan bu dəfə qondarma rejimin parlamentinin Xankəndindən Şuşaya köçürəcəyini elan edib.
Bu məqsədlə o, tikinti işlərinin başlanıldığını və Şuşanın işğalının 30 illiyi münasibətilə 2022-ci ilin mayında tam istifadəyə veriləcəyini deyib.
 Araik Arutunyanın fikirlərini “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov deyilənləri sadəcə sərsəm bəyanat hesab edir: 

“Prezident İlham Əliyev bir neçə gün əvvəl televiziya kanallarına verdiyi müsahibəsində bu məsələlər haqqında ətraflı danışdı. Ermənilər xəyal aləmində yaşayır və sadəcə xəyal qururlar. Hələ bilmək olmaz, 2022-ci ilədək Arutunyan sağ qalacaqmı? Amma həmin zamana kimi Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Arutunyan isə əgər sağ qalsa, qanunlarımız qarşısında cavab verəcək”. 



E. Məmmədov, həmçinin son günlər baş verən hadisələrə də toxunub: “Düşmən ciddi cəhdlə müharibəyə hazırlaşır. Amma “çanaq öz başında çatlayacaq”. Dişlərində qan qaldığına görə belə azğınlaşıblar.

Ermənilər Dağlıq Qarabağı işğal edərək onlara bağışlayanlara arxayındırlar. Lakin Azərbaycanın gücü, beynəlxalq aləmdə artan nüfuzu və Türkiyə ilə inkişaf edən dostluğu qarşısında düşmən aciz qalacaq.

Son sözü mütləq Azərbaycan əsgəri deyəcək və düşmənin sərsəmləmələrinə birdəfəlik son qoyulacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu