Rusiyada koronavirusdan ölənlərin sayı 71 nəfər artdı

Rusiyada son sutka ərzində daha 6 196 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Sherg.az"ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 109 595 nəfərə çatıb.
Son sutka ərzində 71 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 489 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu