İran XİN başçısı Türkiyəyə səfər edəcək

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, səfər sentyabrın 22-də baş tutacaq.
M.C.Zərif  İstanbulda İran, Qətər və Türkiyə XİN başçılarının üçtərəfli iclasında iştirak edəcək. İclasda 3 ölkə arasında əməkdaşlıq perspektivləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, M.C.Zərifin sentyabrın 24-də isə Rusiyaya səfəri planlaşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu