İşğaldakı ərazilərimizə qanunsuz KÖÇÜRÜLMƏ !- “Ağaları ermənilərin ipini çəkməzsə...”

“...Yaxın zamanlarda toparlanıb düşməni əzib kənara atmalıyıq”

“Beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, ermənilər Laçında, Kəlbəcərdə və başqa ərazilərdə məsklunlaşma aparıblar”

“Hətta kəndlər salıblar, məktəblər tikiblər. Bunların hamısı qanun pozuntularıdır”



“Ermənistan bütün beynəlxalq qanunları çoxdan pozub. Düşmən hər zaman dünya ictimaiyyətini aldatmağa çalışsa da, həqiqət bəllidir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı danışarkən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib.
Partiya sədri qeyd edib ki, düşmən ərazilərimizdə məskunlaşdırma aparmaqla yenidən qanunları pozur:



“Ermənilər PKK və “ASALA”nın təlim keçməsi üçün işğalda olan ərazilərimizdə bazalar yaradıblar. Ərazilərimizdə narkotik becərir və onun transferi ilə məşğuldurlar. İndi isə ərazilərimizdə qanunsuz yollar çəkirlər. Hər kəsin bundan xəbəri var. 

Beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, ermənilər Laçında, Kəlbəcərdə və başqa ərazilərdə məsklunlaşma aparıblar. Hətta kəndlər salıblar, məktəblər tikiblər. Bunların hamısı qanun pozuntularıdır”.

F.Quliyev vurğulayıb ki, işğal olunan ərazilərdə belə məskunlaşma aparmaq olmaz:

“Prezidentimiz də son çıxışında bildirdi ki, Ermənistan qanunları tapdalayır, biz niyə əməl etməliyik? Yəni sərt ölçülər götürməliyik. Əslində bizim qanunla sərt ölçülər götürmək ixtiyarımız var.

Bütün qurumları qanunsuz işlərin görüldüyünə dair xəbərdar etmişik. Ağaları ermənilərin ipini çəkməzsə, yaxın zamanlarda toparlanıb düşməni əzib kənara atmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu