BDU müəlliminin yeni dərs vəsaiti nəşr olunub


 BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, “ARB24” televiziyasının Xəbərlər departamentinin direktor müavini Aynur Nəsirovanın yeni dərs vəsaiti işıq üzü görüb. “Kütləvi kommunikasiya modelləri: mənbədən mənsəbə qədər” adlı kitabın elmi redaktoru və məsləhətçisi filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova vəsaitin rəyçiləridirlər. 

 Dərs vəsaitində Azərbaycan jurnalistikasında ilk dəfə olaraq kütləvi kommunikasiyanın model-sxemləri araşdırılıb və müqayisəli təhlilə cəlb edilib. Bununla yanaşı, model-sxemlər qruplaşdırılaraq təsnifatlandırılıb, sistem halında öyrənilib.

Keçmiş sovet jurnalistikasında, eləcə də qərb jurnalistikasında ünsiyyət problemi və kommunikasiyanın komponentləri arasındakı üzvi əlqələrin öyrənilməsi sahəsində aparılan tədqiqatlarla birgə yeni standartlar, Amerika, Türkiyə, Rusiya və Qərb ölkələrində bu sahədə təqdim olunan yeni modellər hərtərəfli araşdırılıb.

Bu araşdırmaların yekunu olaraq müəllif özü model-sxem təqdim edib. Modeldə əsas diqqət telexəbərin tamaşaçıya ötürülməsi və qavrama prosesinin effektivliyinin artırılmasına çəkilib.   Kitab universitetin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu