Dünən Azərbaycanda 10 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi dünən ümumi təhsil müəssisələrində COVİD-19 virusuna dair məlumat yayıb.

Nazirlikdən APA -ya verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 36 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 7 olub.

Dünən virusa yoluxan şagird sayı 10, İşçi heyətinin sayı 7 olub. Bu gün distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub. Bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı isə 6 olub. Bu günə qədər distant təhsilə keçirilmiş məktəblərin sayı 1 olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu