Eldar Həsənovun yaxın adamı həbs edildi


Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.

Qafqazinfo-nun məlumatına görə, E.Həsənova yaxınlığı ilə tanınan, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. 

B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir. 

İstintaqın təqdimatı ilə Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu